Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadə ilə bağlı Sərəncam imzalayıb.
OLAY yazır ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün Xalq şairinin 95 yaşı tamam olur.
















