Bu gün ölkəmizdə Prezident seçkiləri keçirilir.
OLAY yazır ki, səsverməyə gedənlər sırasında məşhurlar da var. Onlar bununla bağlı sosial şəbəkə hesablarında məlumat yayıblar.
Kimisi sandıq başından fotolar yerləşdirib, kimisi isə bülletenin fotosunu bölüşərək səs verdiyini bildirib.
Aparıcı Lalə Azərtaş “Sonsuzadək İlham Əliyevə “hə” dedim” şərhi ilə məntəqədən fotolar paylaşıb.
Əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva səsverməyə övladları Arda və Arınla gedib.
Xalq artisti Mənsum İbrahimov da öz səsini verib.
Aparıcı Zaur Baxşəliyev də səsvermədən foto paylaşıb.
Avroviziya qalibimiz Nigar Camal da səs verənlər sırasındadır.
Aparıcı Kazım Sübhan bülletenlə selfisini səhifəsində yerləşdirib.
Müğənni Zamiq Hüseynov da səs verib.
Müğənni Damla səsvermədə...
Müğənni Roza Zərgərli seçki tərzi ilə xüsusi diqqət çəkib.
Əməkdar artist Ədalət Şükürov isə Dubayda səs verib.
Aparıcı-prodüser Tarix Əliyev də səsvermədə iştirak edib.
Gənc artist NURAN seçki məntəqəsindən fotosunu paylaşıb.
Müğənni Mehin Hümbətova da fərqli tərzi ilə səsvermədə iştirak edib.
Bundan əlavə Xalq artistləri Məleykə Əsədova, Firəngiz Mütəllimova, Nəzakət Teymurova, Əməkdar artistlər Gülüstan Əliyeva, İlkin Əhmədov, Xəyyam Nisanov, müğənnilər, Günay İbrahimli, Nadir Qafarzadə də gün ərzində sosial şəbəkə hesablarında seçki məntəqəsindən paylaşımlar ediblər.