“Kirli Sepeti”ndə yeni simalar

“Kirli Sepeti”ndə yeni simalar

“FOX” TV-nin “Kirli Sepeti” serialının heyətinə yeni simalar qatılmağa davam edir.

OLAY yazır ki, sözügedən ekran işinə sonuncu dəfə “Yalı Çapkını”nda rol almış Sevcan Yaşar və Aslıhan Kapanşahin daxil olub.

Hekayəyə bundan sonra da yeni simaların daxil olacağı və əsas heyətdən yenə ayrılıqların yaşanacağı deyilir.

Qeyd edək ki, “Kirli Sepeti”ndə baş rolları Ayça Bingöl, Ceren Moray və Cansu Tosun canlandırır.