“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva Prezident İlham Əliyevin qalibiyyəti ilə bağlı paylaşım edib.
OLAY yazır ki, bu barədə iş xanımı instaqramda post paylaşaraq cənab Ali Baş Komandana təbriklərini çatdırıb:
“Bu gün Azərbaycan xalqı üçün çox əlamətdar bir gün oldu. Seçicilərin yekdil iradəsi ilə cənab İlham Əliyev növbəti 7 il müddətinə ölkə Prezidenti seçildi. Xalqımız yaxşı dərk edir ki, gələcəyimizin işıqlı olması yalnız cənab İlham Əliyevə bağlıdır. Müzəffər Ali Baş Komandan olaraq o bizim hər birimizin ən böyük arzusunu yerinə yetirib. Bu arzunun sevincini isə cümlələrdə ifadə etmək mümkün deyil. O qəlbimizdə ən böyük yara olan Xocalının qisasını alıb, bizi Şuşamıza qovuşdurub. Qurduğu güclü ordu və məharətli sərkərdiliyi sayəsində qaniçən düşmənimizə həddini göstərib. Məhz onun rəhbərliyi ilə Qarabağımız yenidən qurulur, məcburi köçkünlər öz doğma el-obalarına qayıdır. Onun Prezident olduğu illər ərzində Azərbaycan iqtisadiyyatı son dərəcədə güclənib, ölkədə əmin-amanlıq yaranıb. Bütün bunlar məhz onun gərgin əməyinin, prinsipiallığının və möhkəm iradəsinin sayəsində mümkün olub. Qarşıda isə Azərbaycanı daha parlaq gələcək gözləyir. İlham Əliyevi yenidən Prezident seçmək bizim ona olan mənəvi borcumuz idi. Təbrik edirəm size, cənab Prezident və gərgin iş fəaliyyətinizdə sizə uğurlar arzulayıram”.