"Bu gündən özüm üçün qəti qərar verdim. İki müğənni var ki, insanların artıq ürəyini bulandırırlar".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev yazıb. Tolik iki müğənnini artıq verilişinə dəvət etməyəcəyini bildirib:
"Hər gün efirdədirlər - əsasən də səviyyəsiz verilişlərdə. Səviyyəli proqramların çoxunda isə onları görmək mümkün deyil. Mən də qərar verdim ki, bu şəxsləri efirə dəvət etməyəcəyəm və rəhbərliyimdən də xahiş edəcəyəm ki, ümumiyyətlə verilişimizdə və kanalın efirində yer almasınlar. Tamaşaçı zövqünə hörmət etmək hər şeydən önəmlidir". (olay)
Milli.Az
















