"Maska"nın ikinci mövsümü olacaq?

"Maska"nın ikinci mövsümü olacaq?

İTV-nin maraqla izlənən "Maska" layihəsinin ikinci mövsümünün olub-olmayacağı haqda sosial şəbəkələrdə suallar ünvanlanır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, telefakan bununla bağlı süjet hazırlayıb. Süjetdə şounun ikinci mövsümünün olub-olmayacağı haqda İTV-nin baş direktoru, layihənin baş prodüseri Balakişi Qasımov danışıb. O bildirib ki, bu, sual altındadır:

"Kanal, Azərbaycan teleməkanı üçün çətin layihədir. Bunu həyata keçirtmək üçün kanalın bütün resurslarını mobilizasiya etmişdik. Hətta kanaldan kənar mütəxəssislər cəlb etmişdik. Əgər bir də bu yükün altına girə bilsək, imkan bizdə olsa, böyük məmnuniyyətlə bunu edərik. Tamaşaçılar buna layiqdir. Artıq ikinci mövsüm haqda bizə yazırlar. Çalışacağıq bunu doğruldaq. Amma deyə bilmərəm ki, ikinci mövsüm olacaq".

Qeyd edək ki, şouda qalib "Canavar" obrazı ilə çıxış edən müğənni Dilarə Kazımova olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun