Cənublu müğənnidən Şəbnəmə: "Adını mənə qoyma, məhkəmədə..." - QALMAQAL BÖYÜYÜR

Cənublu müğənnidən Şəbnəmə: "Adını mənə qoyma, məhkəmədə..." - QALMAQAL BÖYÜYÜR

Cənubi azərbaycanlı müğənni Peyman Keyvani ilə Şəbnəm Tovuzlu arasında qalmaqal davam edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, onlar arasında narazılıq Şəbnəmin Peymana aid "Dumanlı şəhər" mahnısını icazəsiz ifa etməsi olub.

2 gün öncə Şəbnəm Tovuzlu canlı yayımda Peyman Keyvaniyə hədə-qorxu gələrək, onun haqqında xoş olmayan ifadələr işlədib.

Peyman da buna öz sosial şəbəkə hesabından cavab verib. "Adını özgələrə qoyan müğənni Şəbnəm Tovuzlu məndən oğurluq edib, böyük səhv edib. Bir dəfə onun kanalını bağlatdırmışam, yenə edəcəm. Bu davaya məhkəmədə baxılacaq",- o bildirib.

Tərəfləri hansı ölkənin hüquq sisteminin məhkəməyə çəkəcəyi barədə məlumat verilmir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun