Bakı bulvarında son günlər tez-tez müşahidə olunan yaxalıqlı tutuquşular ziyarətçilərin diqqətini cəlb edir.
OLAY yazır ki, bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin feysbuk hesabında paylaşım edilib.
Bildirilib ki, bu tutuquşular planetin iki qitəsində - Asiya və Afrikada yaşayan tutuquşu növlərindən biridir və uyğun şəraitdə 30 ildən çox yaşayırlar.
Qeyd olunub ki, yaxalıqlı tutuquşular yalnız gözəlliyi ilə deyil, həm də yüksək öyrənmə qabiliyyəti ilə seçilir. Onlar səsləri təqlid edə, hətta yüzə yaxın sözü yadda saxlamağı bacara bilirlər.





























