Azərbaycanlı müğənni Mənzurə Musayevanın son görüntüsü sosial şəbəkələrdə marağa səbəb olub.
Milli.Az xəbər verir ki, sənətçinin yenilənmiş makiyajı və fərqli saç rəngi izləyicilər arasında geniş müzakirələr doğurub.
Müğənninin paylaşdığı görüntüdə daha parlaq və iddialı makiyaja üstünlük verdiyi diqqət çəkib. Xüsusilə üz cizgilərini ön plana çıxaran kontur və göz makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Bununla yanaşı, sənətçinin əvvəlki görünüşündən fərqlənən yeni saç rəngi də müzakirə mövzusuna çevrilib.
Paylaşıma qısa zamanda çoxsaylı rəy gəlib. İzləyicilərin bir qismi Mənzurənin yeni tərzini bəyəndiklərini, ona çox yaraşdığını yazıb. Digər qisim isə sənətçinin əvvəlki təbii görünüşünü daha çox bəyəndiklərini bildirərək fərqli fikirlər səsləndirib.
Musa
Milli.Az
















