Azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) Rusiyada baş tutmalı olan konsertləri təxirə düşüb.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. O bildirib ki, ondan asılı olmayan səbəblərdən tədbirlər ləğv olunub:
“Dostlar, salam. Hesabat vermək çətindir. Amma açıqlayıram ki, Sankt-Peterburqda “Big love show”da, Moskvada isə 9 və 10 fevralda çıxış edə bilməyəcəyəm. Çox istərdim ki, qış tətilindən sonra sizinlə görüşüm və mahnılarımı oxuyum. Lakin şərtlər məndən güclüdür. Təşkilatçılardan və sevənlərimdən üzr istəyirəm. İnanıram ki, 2024-cü ildə size yenə görəcəm və mahnılarımı sizinlə oxuyacam”.