Sosial şəbəkələrdə britaniyalı supermodel və aktrisa Rouzi Hantinqton-Uaytlinin görünüşündə baş verdiyi iddia olunan dəyişikliklər geniş müzakirə olunur.
OLAY yazır ki, o, britaniyalı aktyor Ceyson Steytemin həyat yoldaşı kimi də tanınır.
Müzakirələrə səbəb modelin bu yaxınlarda Vogue Forces of Fashion tədbiri çərçivəsində Sidneydə etdiyi çıxış olub. İnternetdə yayılan, Vogue Australianın baş redaktoru ilə müsahibədən olan videoda 38 yaşlı modelin üz cizgilərinin sosial şəbəkələrdə paylaşılan fotolarından xeyli fərqli göründüyü iddia edilir.
İstifadəçilər videonun şərh bölməsində belə yazırlar:
“Rouzinin üzünə nə olub?”, “Tamamilə başqadır!”, “Bu, doğrudanmı odur? Əvvəllər tamam fərqli görünürdü!”
Bunun fonunda mümkün kosmetik müdaxilələrlə bağlı ehtimallar da irəli sürülüb. Sosial şəbəkə istifadəçiləri “Çənə implantıdır?”, “Botoksdur?”, “Üzünə nə olub? Axı o, əvvəllər təbii gözəlliyi ilə seçilirdi” kimi suallar səsləndirirlər.
















