“İskender” narkotikə görə baş roldan ayrıldı - FOTO

“İskender” narkotikə görə baş roldan ayrıldı - FOTO

"Cennetin Çocukları"nın baş qəhrəmanı İsmayıl Hacıoğlu qadağan olunmuş maddə istifadə etdiyini etiraf etdikdən sonra layihədən kənarlaşdırılıb. 

Milli.Az xəbər verir ki, məşhurlara qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan İsmayıl Hacıoğlu sorğu zamanı qadağan olunmuş maddə istifadə etdiyini qəbul edib. Daha sonra TRT rəhbərliyi aktyoru "Cennetin Çocukları" serialının heyətindən çıxarıb. Hazırda çəkiliş qrupu yeni başrol ifaçısı axtarışına başlayıb.

TRT-nin "Tabii" platforması üçün çəkilən və baş rollarını İsmayıl Hacıoğlu ilə Ayça Ayşin Turanın paylaşdığı "Rüzgarlı Pazar" serialı ilə bağlı bütün tanıtım videoları və paylaşımları sosial media hesablarından silinib.

Çəkilişləri tamamlanmış "Rüzgarlı Pazar" serialının taleyi və yayımlanıb-yayımlanmayacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Lalə Qüdrətova
Milli.Az