Fahriye Evcen və Burak Özçivit cütlüyü mebel markasının reklamına çəkilib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, cütlüyün reklam çəkilişində dava saldığı iddia edilib. İddialara görə üsyan edən Burak Özçivit, deyib: "Həyat yoldaşımla gözəl reklam çarxı çəkdik. 3 gün güldük, əyləndik. Hətta uşaqlarımız da yanımızda idi və biz söhbət edərkən bu xoşbəxtliyi və gözəlliyi ətrafa yaydıq. İddia adı altında karvanla bağlı heç bir əlaqəsi olmayan cəfəng xəbərlərin çıxmasına çox əsəbiləşmişəm. Artıq bezmişik, bezmişik. Xahiş edirəm, məsələləri təhrif edərək, haqqımızda iddialar irəli sürməklə xəbər yaratmağa son qoyun".
Fahriye Evcen isə bunları yazıb: "Mənim haqqımda heç bir əlaqəm olmayan xəbərlər yaymağı dayandırın. Daha zəhləmiz tökülüb. Mənimlə heç bir əlaqəsi olmadığı halda məsələnin mənə necə aid edildiyini anlamıram".
Onların bu etirazından sonra mebel firması da heç bir problemin yaşanmadığı barədə xəbər yayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun