“Bir kişiyə o vaxt hörmət qoyular ki, ailəsinin başında dursun. Qadınına hörmətlə yanaşsın, xanımı ilə danışanda üslubuna diqqət etsin”.
OLAY yazır ki, bu sözləri instaqramda şairə NaziləI Səfərli paylaşıb. O, ad çəkmədən bir şəxsə söz atıb:
“Uşaqlarının sayını artırmazdan öncə onları necə qidalandıracağını və tərbiyə edəcəyini düşünsün. Qarın bəsləyib, yoğun boyunla rahat yatan kişinin arvadı cırıq paltarda gəzirsə, uşagı Tik-tok-da dilənməyə məcbur qalırsa, o kişinin kişilikdə payı yoxdur! Sözümə haqqsız deyənlər də elə onun tayıdır! Kişi də, qadın da ailə üçün çalışmalıdır”.