"Kıskanmak" serialının baş rol ifaçısı Özgü Namalın bioenerji mütəxəssisi Ercan Han Üşümezlə eşq yaşadığı barədə iddialar öz təsdiqini tapıb.
Milli.Az xəbər verir ki, 2020-ci ildə həyat yoldaşı Ahmet Serdar Oralı itirdikdən sonra şəxsi həyatını mətbuatdan gizli saxlayan və karyerasına uğurlu dönüş edən Özgü Namalın adı bir müddətdir ki, sevgi iddialarında hallanırdı.
Özgü Namal bioenerji mütəxəssisi ilə münasibəti barədə suallara yumorla cavab verib. O, "Vay halımıza, aşkara çıxdıq. Münasibətimiz davam edir, hər şey yolundadır" deyə etiraf edib.
Lalə Qüdrətova
Milli.Az

















