Rəqsanənin əri: Üstünə qışqırmışam ki...

Rəqsanənin əri: Üstünə qışqırmışam ki...

Müğənni Rəqsanə İsmayılova həbsxanadan çıxdıqdan sonra ilk dəfə həyat yoldaşı Fazil Əmiraslanovla kamera qarşısına keçib.

Milli.Az xəbər verir ki, Rəqsanə əri ilə "Bir gün" verilişinə açıqlamalar verib.

F. Əmiraslanov qalmaqallar barədə xanımına xəbərdarlıq etdiyini bildirib: "Müğənnilik çox çətin peşədir. Gündə 100 dəfə deyirəm ki, qalmaqaldan, söz-söhbətdən uzaq olsun. Bu qalmaqallar video yazıya alınır, bitib-getmir. Çalışmaq lazımdır ki, illər keçəndən sonra, uşaqlarımızın başına taqqıldatmasınlar. Hətta bu gün də ona qışqırmışam. Lazım deyil, heç kimlə qalmaqal etmək".

Ayrılıq iddialarından da danışan cütlük münasibətlərində hər şeyin qaydasında olduğunu söyləyib. "Biz uşaq-muşaq deyilik ki, ayrılaq. Körpə balalarımız var, onları böyütməliyik, əllərini çörəyə çatdırmalıyıq." deyə Fazil Əmiraslanov bildirib.

Milli.Az