Meyitimi yandırıb, külümü dənizə tökün – Aparıcıdan qalmaqallı açıqlama

Meyitimi yandırıb, külümü dənizə tökün – Aparıcıdan qalmaqallı açıqlama

"Böyük məmnuniyyətlə istəyərəm ki, mən öldükdən sonra nəşimi yandırıb, Xəzər dənizinə töksünlər".

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan "Günə son" verilişində qonaq olan aparıcı Vüsal Məmmədov deyib.

O bildirib ki, öləndən sonra bir qarış torpaqdan yapışmağının mənası yoxdur:

"Hər insan öləndən sonra 3 kvadrat torpağı tutmağa davam etsə, tezliklə milyon kvadratlarla yer zəbt olunacaq. Bu da artıq dirilərə yer qalmamasına səbəb olacaq".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun