Xalq artisti Ağadadaş Ağayev onun mahnısını oxuyan Elşad Qarayevi tənqid edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni həmkarının bəstəni səhv oxuduğunu vurğulayıb. Bu haqda "Rəngarəng səhər" proqramında danışan Ağayev mahnılarını səsləndirən digər ifaçılara xəbərdarlıq edib:
"Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram. Elşad Qarayev "Necə deyim" mahnımı oxuyub. Mahnını necə dəyişibsə... Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə, deyirəm. Özünə də demuşəm ki, düz oxu. O birilər də eşitsin. Onun reaksiyası mənim üçün önəmli deyil. Mahnı övlad kimidir. Mahnıların sözünü təhrif edirlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun