Məşhur reperə 7 illik həbs

Məşhur reperə 7 illik həbs

Paris Cinayət Məhkəməsi fransalı məşhur reper Napsı (əsl adı Nabil Arlabelek) 2021-ci ilin oktyabr ayında 20 yaşlı qadına qarşı zorlamada təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.

Milli.Az xəbər verir ki, məhkəmənin qərarı həbsin icrasının müəyyən müddətə təxirə salınmasını nəzərdə tutur. Hökm elan olunarkən zərərçəkmiş qadın sevinc göz yaşları töküb.

Arlabelek məhkəmədə özünü təqsirli bilməyib. O iddia edib ki, hadisə qızla birlikdə spirtli içki qəbul etdikləri coşqulu axşamdan sonra hotel otağında baş verib və cinsi əlaqə qarşılıqlı razılıq əsasında olub.

Baş prokuror isə Napsın versiyasını əsassız adlandırıb və zərərçəkmişin rəfiqələrinin ifadələrinə istinad edib.

Məhkəmə zamanı həmçinin reperin şəxsi həyatı və asılılıq problemləri də müzakirə olunub. Prokuror vurğulayıb ki, qadının susması və ya hərəkətsiz qalması razılıq demək deyil.

Qeyd edək ki, zərərçəkmiş ilk dəfə 2021-ci ilin oktyabrında Napsı ittiham edib. Qadının sözlərinə görə, o və rəfiqəsi reperin hotel otağında yuxuya gediblər. Bildirib ki, cinsi əlaqə zamanı oyanıb və buna razılıq verməyib. (Axşam.az)

Milli.Az