Türkiyə televiziyasının fenomen seriallarından olan "Akasya Durağı" uzun fasilədən sonra yenidən ekranlara qayıdır. Serialın ssenaristi İbrahim Aşkın tərəfindən edilən rəsmi açıqlama pərəstişkarları həyəcanlandırıb.
Milli.Az xəbər verir ki, serial "Akasya Durağı Yeniden" adı ilə yayımlanacaq. Ssenarist İbrahim Aşkın sosial media hesabında hazırlıqların sürətlə davam etdiyini və ekran işinin Sentyabr ayında izləyicilərə təqdim olunacağını bildirib.
Serialın yeni heyətində kimlərin yer alacağı hələlik sirr olaraq qalır. Köhnə komandadan hansı aktyorların layihəyə daxil olacağı rəsmən təsdiqlənməsə də, hekayənin müasir dövrə uyğunlaşdırılaraq təqdim ediləcəyi gözlənilir.
Final etməsindən illər keçməsinə baxmayaraq, təkrar bölümləri ilə hələ də reytinqlərdə yer alan serialın dönüşü sosial mediada böyük müzakirələrə səbəb olub.
Lalə Qüdrətova
Milli.Az
















