"Özünü bizim yolumuzda qurban verdin"

"Özünü bizim yolumuzda qurban verdin"

"22.02.2021... Səni bizdən alan o qara gün. Nə tez keçdi bu 5 il... Ən çox da sənə yanıram, Balaşım. Rahat bir həyatın olmadı. Özünü tanıyandan, əlin çörəyə çatan kimi bütün ailənin yükünü o balaca çiyinlərində daşıdın. Biz də rahat yaşadıq, yedik, doyduq, yenə də istədik, "etməlisən" dedik. Sən də bizi yaşada-yaşada özünü bizim yolumuzda qurban verdin".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşın ünvanına yazıb. Sənətçi onun şəkillərini paylaşaraq vəfatından 5 il keçdiyini vurğulayıb:

"Çox düşünürəm, kaş ki, səni bu qədər yormazdıq, bu qədər tələb etməzdik. Kaş ki, sən də bizi bu qədər çox sevməyəydin, bir az arsız olaydın, öz həyatını istədiyin kimi yaşayaydın... Bəlkə də yaşayardın... Eh, o bəlkələr çoxdur...

Bilmirəm, bu ölüm nədir? Həyat var ikən bu ölüm sinəmə dağ çəkib. Gözüm səni axtarır, Balaş. Körpə qızların "Atam hanı?" deyir. Mən onlara nə cavab verim? Nəfəsin hələ evdədir, özün isə yer altında daşa dönmüsən.

"Ömrünü 37 yaşında başa vurdun. Sənin üçün zaman dayanıb, mənim üçün isə dolanır. Sən məndən uzaqlaşırsan, mən sənə günbəgün yaxınlaşıram...".

Qeyd edək ki, Xatunun qardaşı Balaş beyin xərçəngindən dünyasını dəyişib.

Milli.Az