80 yaşlı Hollivud ulduzu Robert De Niro ilk dəfə 7-ci övladını göstərib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 10 aylıq qzı Ciayla fotosunu "People" nəşrinə verən aktyor bunları deyib:
"O, sevimli uşaqdır. Mən ona baxanda hər şey arxa plana keçir. Ona görə də bu dəqiqə sadəcə onun yanında olmaq böyük sevinc və rahatlıqdır".
Qeyd edək ki, aktyor 2015-ci ildən körpənin anası Tiffani Çen ilə birlikdə çalışıb. Cütlük 2021-ci ildə münasibətə başlayıb.
Milli.Az