Tolik Hissi QINADI: "Qiyməti 5 minə qaldırıb..."

Tolik Hissi QINADI: "Qiyməti 5 minə qaldırıb..."

"Bəzi gənc müğənnilər populyarlaşandan sonra yerləri rahatlanır".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Tarix Əliyev (Tolik) "Tarixin bir günü" verilişində deyib.

O, müğənni Hissin son zamanlar yeni proyektlər üzərində çalışmadığını, tənbəllik etdiyini bildirib:

"Son bir ildir ki, Hissin bir dənə də "hit"i yoxdur. Oxumağa yeni başlayanda ard-arda "hit"lər ifa edirdi. Ondan sonra dayandı. Qaldırdı qiymətini 4-5 minə, bu qədər. Düşündü ki, aya da iki dənə məclisim olacaq, çağıracaqlar. Çağırmasalar da reklamlarım, müqavilələrim var, bu, mənim bəsimdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun