Daim tətildə olan məşhur fenomen Şeyma Subaşı tez-tez foto paylaşmağa davam edir.
Milli.Az lent.az-a istinadən bildirir ki, artıq sosial media hesabında paylaşımları ilə diqqət çəkən Şeyma Subaşı pəncərənin qarşısında videosunu paylaşıb.
Subaşı paylaşımında "Həyatı rahat yaşamağa çalışıram. Bu, realdır",- deyə qeyd edib.
Türkiyəli iş adamıi Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı uzun müddətdir birlikdə yaşadığı misirli milyarder sevgilisi Məhəmməd Əlsaloussi ilə 3 gün 3 gecə davam edən möhtəşəm toyları baş tutub. Lakin məşhur cütlüyün xoşbəxtliyi qısamüddətli olub. Şeyma Subaşı və Məhəmməd Əlsaloussi sentyabrın 29-da boşanıblar.
Boşandıqdan sonra Subaşının adı müxtəlif şəxslərlə hallanıb. Subaşı ona qarşı irəli sürülən ittihamlara 'Boşandığımdan bəri 4 ay, bəlkə də daha çox heç kimin əlindən belə tutmamışam' deyə cavab verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun