Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı anası ilə münasibətlərindən danışıb.
Milli.Az xəbər verir ki, o, bildirib ki, son vaxtlar ana-qız arasında münasibətlər xeyli yaxşılaşıb. Sözlərinə görə, Təranə Səmədova hər gün onlara zəng edərək həm özü, həm də bacısı ilə maraqlanır, dərslərini soruşur.
Qız həmçinin müğənni Rəqsanə İsmayılova haqqında da fikirlərini bölüşüb. Onun sözlərinə görə, sənətçi həyatında xüsusi yer tutur:
"Rəqsanə xala mənim üçün ana obrazıdır. Onu ikinci anam hesab edirəm".
Açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az
















