“O xanımın əri qarnıaçıq arvadı barədə nə fikirləşir?” - Yazıçı əsəbləşdi - FOTO

“O xanımın əri qarnıaçıq arvadı barədə nə fikirləşir?” - Yazıçı əsəbləşdi - FOTO

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva kamera qarşısına keçib.

Belə ki, qız anası olmağa hazırlaşan Çinarə hamiləlik fotosessiyası etdirib. Lakin onun qarnını açaraq obyektiv qarşısına keçməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı-publisist Xeyrəddin Qoca Ç.Əliyevanın bu addımını sərt tənqid edib: 

"Mən həmin şəkillərə baxanda o qadının əvəzinə xəcalət çəkdim. Və fikirləşdim ki, belə adamlar harada tərbiyə alırlar? Bilirsiniz, belə şəkilləri görənlər nə fikirləşirlər? Deyim, həmin xanım da bilsin. Hamiləlik hansı hərəkətlərin nəticəsində baş verib? Bəlkə həmin hərəkətləri xatırlatmaq kimə isə xoşdur? 

Belələri düşünməlidirlər ki, şişmiş qarnı nümayiş etdirmək heç kimə xoş gəlmir və eybəcər görünür! Çünki belə qarın təkcə onu nümayiş etdirənlərdə yox, bütün hamilə qadınlarda olur! 

Bəli, son zamanlara qədər hamilə qadınlar abır-həyalarına qısılıb. Əvvəllər bunu nəinki insanlardan gizlədirdilər, uşağı dünyaya gətirənə kimi evdən bayıra çıxmırdılar! İndi nə olub belə azərbaycanlılar, özünü müsəlman hesab edənlər çoxalıb? Bəlkə dinimizdə göstərilib ki, hamilə olan kimi qarnı nümayiş etdirmək savabdır? Vallah, dərinə getdikcə, ortalığa çox şeylər çıxır..." 

Yazıçı azərbaycanlıların avropalılardan lazımsız "trendləri" mənimsəməsini cahilliklə əlaqələndirib: 

"Bəyəm, Avropada  hamilə qadınlar qarınlarının şəklini çəkib, mətbuata yayırlar? Belə şey görməmişəm! 

Bəlkə bizim bu qadına deyiblər ki, "Sənin ərin yoxdur? Varsa, sübut elə!". Bu da sübut eləmək istəyib ki, "ərim də var, uşağım da!" Yaxşı, bildik! Daha heç kim qarnını göstərməsin! Çox "protivni"dir! 

Qaldı bir sıra azərbaycanlıların xaricin ən pis adət-ənələrini təkrar etmələrinə, bu cahillikdən və savadsızlıqdan irəli gəlir! Min dəfə yazmışam və demişəm ki, "biz Cəlil Məmmədquluzadənin millətiyik! Yüz ildən çox vaxt keçsə də, bizim yalnız kostyumumuz, qalstukumuz dəyişib! Qafamız dəyişmir ki, dəyişmir!". 

Ayıbdır vallah! Bütün dünya inkişaf edir, bizimkilər hələ qarınlarını göstərərək sübut etməyə çalışırlar ki, ərləri var!

Bir soruşan yoxdur ki, sənin ərindən camaata nə var?

Axırıncı sual: O xanımın əri qarnı açıq arvadı barədə nə fikirləşir?"

Xatırladaq ki, Çinarə Əliyeva ötən ilin iyulunda plastik və estetik cərrah Ruslan Rəsul ilə ailə qurub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun