2021-ci ildə həmkarı Seçil Gürlə münasibətinə son qoyan müğənni Serdar Ortaç yeni eşqə yelkən açıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun "Survivor"un keçmiş iştirakçısı Çağla Taşdelenlə eşq yaşadığı ortaya çıxıb. Gözəl münasibəti olduğunu bildirən Ortaç "Həyatımın qadınını tapdım" deyib.
Uzun illərdir mübarizə apardığı MS xəstəliyi səbəbindən çətin günlər keçirən müğənni şəxsi həyatının yoluna düşdüyünü açıqlayıb.
Qeyd edək ki, məşqçi kimi çalışan Çağla Taşdelen "Survivor 2023"də yarışıb. Qırmızı komandada yer alan Çağla yarışda uğursuz zədə alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun