Əməkdar artist Lalə Məmmədova trend mahnılardan danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində yutubda milyon baxış yığan mahnıları tənqid edib. Lalə bildirib ki, onlar bunu sünii yolla edir:
"Süni yaradılan trenddir. Yeni mahnımı 12 gündür yerləşdirmişəm. 3 ay lazımdır ki, mahnı milyon baxış toplasın. Birdən-birə milyon olmur axı. "Çiçək" mahnımın 1 milyon baxışı yoxdur. Ama insanların yadında qalıb. Bir neçə mahnım var ki, 1-2 milyondur. Onlar bir günə olmayıb, zamanla yığılır.
Primitiv ritm, asan, bəsid ifaları edən ifaçıya, aranjimançıya yazığım gəlir. Onlar rəngarənglikdən uzaqdır. Ancaq ağ-qara görür. Onları aşağılamıram".
Proqramda qonaq olan Xatirə İslam "Gəlin bir səviyyəli mahnı çıxardaq. Bir də "lakka-çıkka" mahnı yerləşdirək. Görək hansı trendə düşəcək" deyərək, Laləyə dəstək olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun