Əməkdar artist Təyyar Bayramov adını açıqlamadığı bir aktrisanın ona yazdığı şərhdən söz açıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda xanəndə qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.
Bayramov efir vasitəsi ilə həmin aktrisaya sətiraltı mesaj ünvanlayıb:
"Təəssüf ki, məcburi köçkün həyatı yaşayan xanımdır. Özü də yerlimdir, ağdamlıdır. Bir şərh yazmışdı ki, dözə bilmirsən, get torpağını al. Sonra öyrəndim ki, qohum-əqrəbalı bir xanımdır. Həmin xanımla verilişlərdən birində qarşılaşanda söylədim ki, belə yanaşmanıza təəssüf edirəm. Belə yanaşmaq olmaz. Müharibə başlayanda mən Elnur Zeynalovla hərbi komissarlığa getdim ki, biz də hazırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun