“Heç vaxt bitməyən ümidlərimin hədiyyəsi” - VİDEO

“Heç vaxt bitməyən ümidlərimin hədiyyəsi” - VİDEO

Aparıcı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən bildirir ki, Əlizadə övladının ad günü olduğunu bildirib. O, 12 yaşı tamam olan Diləyə ürək sözlərini yazıb:

"10 fevral- Həyatıma qızıl hərflərlə yazılan möcüzə. 10 fevral- Dilimdən düşməyən dualarımın, tükənməyən arzularımın, heç vaxt bitməyən ümidlərimin hədiyyəsi. 10 fevral- Bir qadının ala biləcəyi ən ali statusu aldığım gün. Möcüzə qızım həyatıma xoş gəldin, Dilək. Ana oldum, həyatımı dəyişdin.

Həyat eşqim, cismimdəki ruhum, dilimdəki duam, dünya içində dünyam, səni mənə verən Allahıma şükürlər olsun. Həyatımın ən böyük mükafatı, dəyəri biçilməz sərvəti,dərd ortağım, həm dostumsan, həm sirdaşım, mübarəkdir yeni yaşın. Sağlam və xoşbəxt böyü pamuk prensesim".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun