Sofia Verqara “Griselda”dan danışdı

Sofia Verqara “Griselda”dan danışdı

“Modern Family”nin ulduzu Sofia Verqara yeni serialı “Griselda” ilə bağlı açıqlama edib.

OLAY yazır ki, real həyatdan çəkilən ekran işində bir narkobarona həyat verən Sofia obraza görə belində ağrılar yarandığını deyib:

“Griselda üçün məni makiyajla çirkinləşdirdilər. Bu çox çətin idi. Onun kimi qozbel yeriməkdən belim ağrıyırdı”.

Qeyd edək ki, Verqaraya sözügedən obraza çevrilmək üçün edilən makiyaj ötən günlərdə sosial mediada paylaşılmış və çox bəyənilmişdi.