Türk müğənni Aydilge və musiqiçi həyat yoldaşı Utku Andaç növbəti açıqlamaları ilə diqqət çəkiblər.
OLAY yazır ki, “Biz Bize” proqramında qonaq olan cütlük zövqsüz məşhurlardan danışıb.
“Bu sektorda xeyli şəxsiyyətsiz məşhur var”, - deyə, Aydilge bildirib. Həyat yoldaşının bu ifadəsindən sonra Utku Andaç söz alıb və “Nə qədər zövqsüzsünüzsə, o qədər məşhur olursunuz. Bu yerdə Mehmet Ali Erbil çox böyük memardır”, - deyib.