Dünyaca məşhur 40 qadın ilk dəfə bunu etdi – FOTOSESSİYA

Dünyaca məşhur 40 qadın ilk dəfə bunu etdi – FOTOSESSİYA

"British Vogue" mart buraxılışını öz dövrünün moda ikonasına çevrilmiş qadınlara həsr edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ilk dəfə üz qabığında 40 məşhur poza verib.

Üz qabığı jurnalın keçmiş baş redaktoru Edvard Enninful tərəfindən hazırlanan və nəşrdəki işini yekunlaşdıran sonuncu buraxılışıdır.

Çəkilişdə 40-a yaxın saç və makiyaj mütəxəssisi çalışıb. Məşhurlar çəkilişlər üçün Londondan, Nyu-Yorkdan, Parisdən, Milandan, Los-Ancelesdən və digər şəhərlərdən gəliblər. Onlar arasında Keyt Moss və qızı Lila, Viktoriya Bekhem, Anya Teylor-Coy, Mayli Sayrus, İrina Şeyk, Sindi Krouford, Kara Delevin, Ceyn Fonda, Kaia Gerber, Salma Hayek, Linda Evangelista, Amber Valletta, Dua Lipa, Naomi Kempbell, Serena Uilyams, Opra Uinfri və başqaları olub.

Qeyd edək ki, dünyaca məşhur 40 qadın ulduz ilk dəfə qlobal moda jurnalının üz qabığında yer alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun