Emin Ağalarov türk sənətçiyə müsahibə verdi

Emin Ağalarov türk sənətçiyə müsahibə verdi

Xalq artisti Emin Ağalarov növbəti açıqlamaları ilə diqqət çəkib.

OLAY yazır ki, Emin məşhur MFÖ qrupunun solisti Fuat Günerin “Aramızda Müzik Var” layihəsinin qonağı olub.

Emin istedadını özünün kəşf etdiyini deyib:

“İstedadımı özüm kəşf etdim. Bunu tam olaraq istedad da adlandırmıram. Daha çox öz üzərimdə çalışdım deyə bilərəm. Böyük bir Elvis Presli fanatı idim. Onun musiqilərini ifa edə bilmək üçün gitara və pianoda ifa etməyi öyrəndim. Onun mahnılarını rus dilinə tərcümə edirdim. Beləliklə, bu mənə mahnı bəstələməyi öyrətdi və öz mahnılarımı bəstələməyə başladım”.

İdeallarından danışarkən dünyaca məşhur simaların arasında Müslüm Maqomayevin də adını çəkib:

“İdeallarım Elvin Presli, 1960-1980-ci illərin ən yaxşı sənətçilərindən Müslüm Maqomayev, Adriano Çelentano, dostum Enqelbert Hamperdink, Tom Cons, Toni Bennet, Sinatra. Sonra, Alessandro Safina var, biz onunla Müslüm Maqomayevin mahnısını birgə ifa etmişik”.

Qeyd edək ki, Emin Ağalarov yaxın günlərdə konsert turunun başlayacağını, 10 şəhərdə sevənlərinin qarşısına çıxacağını deyərək fanatlarını sevindirib.