““Survivor”un maliyyəti 24 milyondur”

““Survivor”un maliyyəti 24 milyondur”

Aparıcı Acun Ilıcalı “Survivor” yarışmasının hazırlıq xərcini açıqlayıb.

OLAY yazır ki, aparıcı ilk “Survivor”la müqayisədə maliyyəti 14 dəfə artırdığını deyib.

“Dəyəri 14-15 milyon dollar (24 milyon 650 min manat) civarındadır. İlk “Survivor”umuzun maliyyəti 1 milyon 200 min lirə (2 milyon 40 min manat) idi. Məbləğ 15 milyon dollara qədər çıxıbsa, bu bizim olayı nə qədər böyütdüyümüzün sübutudur. İstəsək 5 milyona da edə bilərik, amma biz daha çox kameradan istifadə edirik, mükafatlarımız böyükdür. İştirakçıları Rio karnavalına aparırıq, bir gün orada qalırlar. İzləyici bizə belə maraq göstərirsə, bizə düşən də onlara daha yaxşısını təqdim etməkdir”, - deyə, o, bildirib.