Xalq artistində ağır xəstəlik tapıldı

Xalq artistində ağır xəstəlik tapıldı

Ev şəraitində müalicə alıram, tibb bacısı da yanımda olur. Dərmanlar, iynələr, sistemlər hamısı ev şəraitində aparılır. Çünki xəstəxanada qala bilmədim, darıxdım.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib.

"Xəstəliklərimdən biri nəfəslə, bronxlarımla bağlıdır. Həmçinin əl-ayağımda titrəmələr başlayıb. Sağ tərəfimdə parkinson əlamətləri var. Çətin hərəkət edirəm. Streslə bağlı psixoloji çətinlik çəkirəm.

Üç gündür parkinson xəstəliyinə qarşı müalicəyə başlamışam. Əl-ayağımda keyimələr, əsmələr hələ keçməyib. Deyirlər ki, 5-10 gün dərman qəbul edim, keçəcək.

İndi yazı-pozularımı sol əlimlə edirəm. Sağ əlim yaxşı işləmir", - o, bildirib.

Milli.Az