“İstəyirəm anamın ayrıca bir otağı olsun...”

“İstəyirəm anamın ayrıca bir otağı olsun...”

“Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında Əməkdar artist Mehriban Xanlarovanın evindən görüntülər təqdim edilib.

OLAY yazır ki, proqramda qonaq olan Xanlarovanın 90 yaşlı anasının da qaldığı evindən canlı bağlantı olub.

“Zaur, Günay, çox sağ olun. Mən heç vaxt kasıbçılığımdan utanmamışam. Həyatda bir arzum var. Mənim 90 yaşlı dilsiz, qulağı eşitməyən anamın ayrıca bir otağı olsun, öz yatağı olsun, mən sevinim”, - deyə Əməkdar artist bildirib.

Aparıcı Günay Baxşəliyeva sözügedən evdə Mehriban Xanlarovanın anası, 2 qardaşı və nəvələri ilə yaşadığını və bu görüntülərin əbəs yerə göstərilmədiyini qeyd edib. Əlavə edib ki, “Bizimləsən” verilişin sabahkı buraxılışında bu mövzuya toxunulacaq.

Qeyd edək ki, Mehriban Xanlarovanın anası anadangəlmə eşitmə və danışma məhdudiyyətlidir.