“Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva sosial şəbəkə hesabında izləyicilərini maraqlandıran suallardan birinə aydınlıq gətirib.
OLAY yazır ki, o, paylaşımında gülüşünü və dişlərini etibar etdiyi həkimin Dr. Ülkər Zəkəriyəyeva olduğunu bildirib.
R.Əliyeva qeyd edib ki, stomatoloq seçimi onun üçün həssas mövzudur: “Həkimin peşəkarlığı, diqqəti və incə yanaşması sayəsində özümü tam güvəndə hiss edirəm”.
O, həmçinin Ülkər Zəkəriyəyevanın hər pasiyentə fərdi yanaşmasını və maksimum təbii, estetik nəticəyə fokuslanmasını xüsusi vurğulayıb.
Sonda iş xanımı həm sağlam, həm də estetik baxımdan gözəl təbəssüm əldə etmək istəyənlərə sözügedən həkimi tövsiyə edib.
















