Toliklə Elgizin verilişi bağlanır? - İddia

Toliklə Elgizin verilişi bağlanır? - İddia

Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımı dayandırılıb.

OLAY Bizim.Media-ya istinadən yazır ki, son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərar verilib.

Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tolikin isə “Space” TV-də ekrana gələn “Tarixin bir günü” proqramı bağlanıb.

Məsələ ilə bağlı aparıcıların özləri ilə əlaqə saxlamağa çalışsaq da, onlar zənglərimizə cavab verməyib.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Qeyd edək ki, Tolik sabahkı verilişinin anonsunu paylaşıb.