Siyavuş Aslan bu roluna görə tənqid olundu - VİDEO

Siyavuş Aslan bu roluna görə tənqid olundu - VİDEO

"Komediya yalnız insanın daxili nöqsanlarını ifşa edən janrda oyundur, üslubdur, tərzdir". 

Milli.Az yenisabah.az-a istinadən bildirir ki, Bu sözləri aktyor Nofəl Şahlaroğlu Youtube-da yayımlanan "Bax da" layihəsinin növbəti buraxılışında səsləndirib.

O, mərhum xalq artisti Siyavuş Aslanın tənqid olunduğu məqam barədə danışıb: 

"Daxili nöqsanlar, qeybət, yaltaqlıq, paxıllıq.. Zahiri nöqsanla isə oynamaq olmaz. Əlillik, fiziki qüsur, şikəstlik, lal olmaq, kəkələmək və s. Siz nə danışırsınız?! Bir insan fiziki qüsurlu biri ilə necə məzələnə bilər? Allah rəhmət eləsin. Böyük sənətkar, üstad Siyavuş Aslanın müsahibəsinə baxmışam. Hicran tamaşası oynayandan sonra bir nəfər kəkələyən insan mənə yaxınlaşdı ki, ayıbdır. Bunu Siyavuş Aslan danışıb. Bilirsiniz, niyə? Sabit Rəhman kimi bir dramaturq "Dadaşbala kəkələyir" yazmamışdı. Dadaşbala 40-45 yaşlarında bir aşpaz köməkçisidir. Bitdi. Kəkələmək artıq insanlarda qıcıq yarada bilən fiziki nöqsandır. Siyavuş müəllim onu gözəl və çox yüksək ustalıqla ifa edib. Amma bu həmin tamaşaçıda qıcıq yaratmışdı. Çünki özü də kəkələyirdi".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun