Aktyor Conni Depp "Karib dənizinin quldurları" filminin franşizasına qayıda bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə özünün "X" sosial şəbəkəsi hesabında "MyTimeToShineHello" ləqəbli film insayderi məlumat verib.
İnsayderin sözlərinə görə, "Karib dənizinin quldurları" filminin altıncı hissəsinin bir hissəsi Haiti adasında cərəyan edəcək.
Qeyd olunur ki, filmin qadın qəhrəman haitili qadın olacaq. Conni Depp isə filmdə ikinci dərəcəli rolu ifa edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun