"Mətanət məni SÖYDÜ, mən də onu"

"Mətanət məni SÖYDÜ, mən də onu"

Azərbaycan şou-biznesində bir müddət qalmaqalı ilə gündəmə gələn aktyor və müğənni Sərxan Kərəmoğlu sənət dostu Mətanət Əsədova ilə yaşadığı mübahisə və sonrakı barışıqdan danışıb.

Milli.Az xəbər verir ki, o, açıqlamasını "Öz aramızda" verilişində edib.

Sənətçi bildirib ki, aralarındakı dava heç kimə arzulamayacağı qədər ağır olub:

"Mətanətlə aramızda olan davanı heç kimə arzulamıram. Bir-birimizə nələr demədik... Söyüşlər söydük, amma qarğış etmədik".

Sərxan Kərəmoğlu qeyd edib ki, məsələ hətta məhkəməyə qədər gedib çıxıb. Onun sözlərinə görə, qalmaqalın böyüməsinə baxmayaraq, tərəflər sonradan barışmağa qərar veriblər.

Onları müğənni Manaf Ağayev barışdırıb. Aktyor bildirib ki, barışıqda əsas rolu müğənni Manaf Ağayev oynayıb:

"İş məhkəməyə getmişdi. İlkin tanışlıq olmuşdu. Barışma anımızın telefonla çəkilişi də var. Manaf dedi ki, Mətanət maksimum məhkəmədə üzr istəyəcək. Dedim, 'hə'. Ona dedi ki, üzr istə. O da mənim ailəmdən, uşaqlarımdan üzr istədi. Dedim onda mən də səndən üzr istəyirəm".

Sərxan əlavə edib ki, adi vaxtlarda da dostluq münasibətlərində bir-birlərinə sərt sözlər deyiblər, lakin həmin mübahisə ictimailəşdiyi üçün qalmaqal daha da böyüyüb:

"Adi vaxtda da yeyib-içəndə bir-birimizə 50 dənə söz demişik. Sadəcə o dava kütlə tərəfindən eşidildi".

Açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətçilərin açıq şəkildə səhvlərini etiraf edib barışmasını müsbət hal kimi qiymətləndiriblər.

Musa
Milli.Az