“Qızı dedi ki, hər şey yolundadı”

“Qızı dedi ki, hər şey yolundadı”

Bu gün ölüm xəbəri yayılan Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdən xəbər var.

OLAY yazır ki, bununla bağlı Əməkdar artist Nailə İslamzadə paylaşım edib. O bildirib ki, bəstəkarın qızı Ülkər Quliyeva ilə danışıb və səhhətinin necə olduğunu soruşub:

“Hər şey yolundadı dedi. İnşallah, yolunda da olar… Cavanşir müəllimin xəstə olduğunu hamı bilir. Əməliyyat olunacaq”.