“Dünya arsızlaşıb. Öz gözündə çöpü görməyən başqasının gözündə axtarır. İpini qoparan adımı çəkir. Öz balaca dünyam var, barmaqla sayılacaq qədər dostum ve başqa heç kimlə salam-sağolum yoxdu, kimsəylə oturub-durmuram”.
OLAY yazır ki, bu sözləri instaqramda ifluenser Fatimə Əhmədova (Ulvifatime_) paylaşıb. O, ad çəkmədən haqqında danışan şəxslərə xəbərdarlıq edib:
“Bir də dostlarımı mənə qısqanan insanlar. Bilirlər ki, susuram, vecimə almıram, uzaqbaşı əlaqəni kəsirəm. Amma duracağınız yeri yaxşı bilin. İnanın Allaha, mən ağzımı açsam, deyərsiniz ki, bunun qədər həyasızını görməmişəm. Mənim sərhədlərimi aradan qaldırmayın. 25 ildi heç kimlə qırğınım olmayıb, saçınızı əlimə dolamayım. İnsanlığınız, adamlığınız olsun. Qeybətlə bəslənməyin bəslənirsinizsə, cəhənnəm, bilin kimin adını çəkirsiniz. Sakit bilib, elə kimin adın çekək? Hə, tapdım Fatimə. And olsun Allaha, o sakit bildiyiniz Fatimə adını çəkdiyiniz dilinizi yerinə sakit qoymağı yaxşı bilər. Axırıncı xəbərdarlığımdı, məndən uzaq, Allaha yaxın. Amma çətin siz Allaha yaxın olasınız, bu qədər camaatın haqqına girməklə...”.