“20 ildir saçımı özüm kəsirəm”

“20 ildir saçımı özüm kəsirəm”

Məşhur türkiyəli aktyor Burak Özçivit şəxsi baxım vərdişləri ilə bağlı təəccüblü açıqlama verib.

Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor 20 ilə yaxındır saçını özü kəsdiyini bildirib.

Özçivitin bu açıqlaması sosial mediada gündəm olub.

Bu açıqlamadan sonra bəzi sosial şəbəkə istifadəçiləri məşhuru tənqid edərək, "150 milyona ev alırsan, amma bərbərə 500 lirə vermirsən" kimi rəylər yazıblar.

Milli.Az