"İkinci övlad istəyirdik, alınmadı. Yenidən ana olmaqdan imtina etdim. Belə başa düşürəm ki, artıq gecdir. Amma çox istəyirdim ki, övladım olsun. Çox əziyyət çəkdik".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə İslam "Tarixin bir günü" verilişində qonaq olarkən deyib.
İfaçı ikinci dəfə ana olmaq üçün müalicələr aldığını və buna səbəbdən 25 kiloqram kökəldiyini etiraf edib:
"İkinci dəfə ana olmaq istəyirdim, 25 kiloqram kökəldim. Kökəlmək mənim işimə də ziyan vurdu. İstədiyim kimi işlərimi görə bilmədim, istədiyim geyimləri geyinə bilmədim. İstər maddi, istərsə də mənəvi tərəfdən əlimdən gələni etdim ki, ikinci dəfə ana olum. Müalicə üçün xarici ölkələrə getdim, aylarla orada qaldım.
Hərdən oğlum Emilə deyirəm ki, bax, qız övladım yoxdur. Sən mənə kömək et. Sən mənim oğlum, dostum, yoldaşımsan. Məni incitmə. Mənim qızım yoxdur. Mənə kömək ol".
Qeyd edək ki, Xatirə Fəxrəddin Musazadə ilə ailəlidir. Cütlüyün Emil adlı bir oğlu var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun