Arabesk musiqisinin tanınmış ifaçısı Ferdi Tayfurun qızı Tuğçe Tayfur ötən gün Nişantaşında boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Muhammet Aydınla birlikdə görüntülənib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük küçədə gəzərkən kameralara tuş gəlib. Çəkiliş aparıldığını görən Muhammet Aydın operatora sərt şəkildə "Söndür bunu!" deyə müraciət edib. Bu reaksiya Tuğçe Tayfurun narazılığına səbəb olub.
Küçədə tərəflər arasında gərgin dialoq yaşanıb. Tuğçe Tayfur həyat yoldaşına "Etdiklərin üzə çıxmasın deyə?" deyə irad bildirib. Muhammet Aydın isə "Hansı etdiklərim?" sözləri ilə cavab verib. Daha sonra Tayfur onun xəyanətlərindən danışdığını iddia edib.
Mübahisə davam edərkən Tuğçe Tayfur boşanmaq qərarında qəti olduğunu vurğulayıb: "Barışıq yoxdur. Cəhdlər edilir, amma qərarım dəyişməyəcək."
Hüseyn
Milli.Az



















