Zamirə ilə "Space TV"nin məhkəməsi bitdi: Nəticə

Zamirə ilə "Space TV"nin məhkəməsi bitdi: Nəticə

"Bu da son. "Space TV" ilə bağlı məhkəmə prosesi bitti. Kaş ki, bunlar yaşanmazdı, insanın ayağının altını qazıb pislik edənlər olmazdı və hər kəs öz işi ilə məşğul olmağı öyrənərdi. Kaş ki, kişi kimi adamın üzünə səninlə bağlı verəcəkləri qərarları deyən olardı və arxadan iş cevirməzdilər. Allah hec kimi utandırmasın".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova "Space TV" ilə yaşadığı qalmaqalla bağlı paylaşımında yazıb. O bildirib ki, məhkəmə prosessi başa çatıb:

"Allah hec kimin başını əyməsin. Allah hec kimi gülünc vəziyyətə salmasın. Əslində insanın düşməni özüdür. Nə edirsə özü özünə edir. Bu gün özümü xoşbəxt hiss edirəm. Çünki bu mübarizədə başı dik, qürurlu, sağlam mübarizə aparan mən oldum. Atdıqları ləkə mənə yapışmadı. Geri döndü".

Aparıcı bildirib ki, məhkəmədə ona şər atılıb:

"Çox şey edərdim. İşdən çıxmağımla bağlı iki əmr var əlimdə. Mənə bildiriş göndərməkləri ilə bağlı qəbzin əsli tapılmır. Vəkilin sorğularına rəğmən tapılmadı o qəbz. Çünki bildiriş göndərməyiblər. Məhkəməyə isə qəbz təqdim olunub. Qeyri-iş günü işə gəlməməyimlə bağlı akt tərtib ediblər və ona əsasən işdən çıxarıblarmış məni. Qurban olsunlar Sənubər xanıma. Tanımasam da o qadını məhkəmədə düşdüyü duruma, suallara verdiyi cavablarında düşdüyü vəziyyətə görə acıdım o qadına. O da özü günahkardır. Kaş ki, etməzdi etdiklərini. İşdən gedərdi, amma bir qadına bu qədər saxta oyun qurmazdı. Batdıqca batdılar. Allah hər kəsin günahını bağışlasın. Mən hər günahı bağışlaya bilmirəm. Mən bağışlamasam Allah da bağışlamaz düşünürəm.

Məhşur bir filmimizdəki sualı mən sizə verirəm. İndi siz deyin, onu bağışlamaq olarmı? "Space TV"də işə davam, yoxsa tamam?".

Qeyd edək ki, Zamirə sözügedən kanalda heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.  Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı. 

"Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm" deyə, Zamirə açıqlamasında bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun