Ailəsindən Zaura ad günü sürprizi

Ailəsindən Zaura ad günü sürprizi

Aparıcı Zaur Baxşəliyevin ad günü olub.

Milli.Az xəbər verir ki, ailəsi aparıcıya sürpriz edib. 

45 yaşı olan Zaur həmin görüntüləri yayımlayaraq "Gəldik çıxdıq 45-ə. Xeyirli olsun. Allah bütün ailələri qorusun" sözlərini yazıb. 

Qeyd edək ki, fevralın 26-da dünyaya gələn Zaur illərdir Xocalı soyqırımına görə ad gününü etmədiyini açıqlayıb. 

Milli.Az