Müğənni Qumral Musayeva son çıxışı ilə yenidən diqqət mərkəzinə çevrilib.
Milli.Az xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində geyim tərzi və efir üçün etdiyi dəyişikliklərdən danışıb.
O, bildirib ki, artıq səhnələrdə qapalı geyimlərdə görünməyi üstün tutur:
"Belə bir tərz yaratdım. Artıq efirlərdə və səhnədə qapalı geyinmək istəyirəm. Ancaq gündəlik həyatda açıq-saçıq olan geyimlərimə baxıb tənqid etməsinlər. Özümü zövqlü və dəbli müğənni hesab edirəm. Baxıram ki, imkanlı müğənnilər arasında bəziləri zövqsüz görünürlər. Mənim o imkanım olsaydı, nələr edərdim..." - deyə Qumral Musayeva açıqlamasında qeyd edib.
Sənətçinin bu səmimi açıqlamaları həm studiyada, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub və izləyicilər arasında maraq doğurub.
Musa
Milli.Az
















